[b]Kanada millisinin hücumçusu Azərbaycanda oynayacaq[/b]
21.10.2015 - 10:44
[b]Kanada millisinin hücumçusu Azərbaycanda oynayacaq[/b]

Yeni mövsümdə iddialı olmağı planlaşdıran “Azəryol” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycanı CEV kubokunda təmsil edəcək Bakı klubu Kanada millisinin hücumçusu Kila Riçeyi rənglərinə bağlayıb.

 

26 yaşlı şimalı amerikalı ilə 1 illik müqavilə imzalanıb. 188 sm boya malik Riçeyın özünü yaxşı tərəfdən göstərəcəyi halda “Azəryol”da çıxışını davam etdirəcəyi istisna edilmir.

 

“University of British Columbia”da (2007-2008, 2011-2012) voleybolun sirlərinə yiyələnən kanadalı oyunçu paytaxtımıza gəlincə, Almaniya, Türkiyə və İtaliyada legioner həyatı yaşayıb. O, “Potsdam” (2013, Almaniya), “Yeşilyurt” (2013-2014, Türkiyə), “Urbino” (2014-2015, İtaliya) və “Rote Raben” (2015, Almaniya) klublarının şərəfini qoruyub.

 

2009-cu ildən yığmasının formasını geyinən Kila əsas komandasının heyətində 67 oyuna çıxıb.

 

Qeyd edək ki, Riçeyin “Azəryol”a transferi ilə klubdakı oyunçuların sayı 16-ya çatıb. Paytaxt təmsilçisi ondan öncə Marin Apitz (Almaniya), Şəfaqət Həbibova, Ceyran Əliyeva, Yuliya Kərimova, Çinarə Quliyeva, Leyla Parşkova, Aynur Kərimova, Yelena Parxomenko, Yekaterina Jidkova (hamısı Azərbaycan) Malika Kanzonq (Tailand), Stefani Niemer, Janell Saykes, Loren Vayt (hamısı ABŞ), Anna Stepanyuk (Ukrayna) və Kinqa Kasprjakla (Polşa) anlaşmışdı.

 

0