[b]Klublarımızın oyunlarını idarə edəcək hakimlər müəyyənləşdi[/b]
26.10.2015 - 19:34
[b]Klublarımızın oyunlarını idarə edəcək hakimlər müəyyənləşdi[/b]

Azərbaycanı Çempionlar Liqasında təmsil edən qadınlardan ibarət voleybol komandalarımızın oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, oktyabrın 28-də səfərdə Kazan “Dinamo”su ilə qarşılaşacaq “Lokomotiv”in matçında ədaləti finlandiyalı və kiprli hakimlər qoruyacaq.

 

Belə ki, bu qarşılaşma üçün Avropa Voleybol Konfederasiyası (CEV) Kari Partiainen və Georgios Papageorgiouya təyinat verib.

 

Həmin gün öz meydanında Almaniyanın “Alyans Ştutqart” klubunu qəbul edəcək “Azerreyl”in oyununda isə polşalı Sokol Katarjina və estoniyalı Murulo Toomas əsas söz sahibi olacaqlar.

0