[b]Polina Rəhimova “Qalatasaray”la görüşdə 10 xal topladı[/b]
                    
                    02.11.2017 - 09:29
                        
                    Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında V tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Fənərbaxça” “Qalatasaray”ın qonağı olub.
İstanbul derbisi “sarı-lacivərdlilər”in qələbəsi ilə başa çatıb. “Fənərbaxça” rəqibini 3:1 hesabı ilə məğlub edib.
Rəhimova üçün isə görüş uğurlu alınmayıb. 10 xal toplayan voleybolçumuz sonuncu setdə ehtiyata göndərilib. Matçın bombardiri təmsilçimizin komanda yoldaşı Eda Erdem olub – 18 xal.
Qeyd edək ki, V turdan sonra 15 xalla ikincidi.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
                     
                     
                                             
                                             
                                            