[b]Püşk Azərbaycanı Serbiya, Estoniya və Albaniya ilə üz-üzə qoydu[/b]
31.07.2014 - 09:40
[b]Püşk Azərbaycanı Serbiya, Estoniya və Albaniya ilə üz-üzə qoydu[/b]

Çimərlik voleybolu üzrə “Kontinental Cup-2016”ın II mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyasının Lüksemburqdakı mənzil-qərargahında baş tutan mərasimdə Azərbaycanın qadın və kişilərdən ibarət cütlükləri də rəqiblərini tanıyıblar.

 

Püşkün nəticəsinə əsasən, yığmalarımız D qrupunda yer alıblar. Qadınlardan ibarət komandamız Serbiya, Estoniya və Albaniya, kişilərdən ibarət millimiz Bolqarıstan, Litva və Albaniya voleybolçuları ilə güclərini yoxlayacaqlar. Oyunlara Serbiya ev sahibliyi edəcək.

 

Qeyd edək ki, II mərhələyə 25 komanda qatılıb. Qrupda ilk 2 yerin sahibləri mərhələ adlayacaq. Ardınca yarışa liderlər (Hollandiya, Polşa, İtaliya, Almaniya, Latviya, İspaniya, Avstriya, Rusiya (hamısı kişilər), Almaniya, Hollandiya, Avstriya, İtaliya, Rusiya, İsveçrə, Çexiya, İspaniya (hamısı qadınlar)) qoşulacaqlar. 

0