[b]Tailandlı voleybolçu “Azəryol”a “atdı”[/b]
07.08.2014 - 11:26
[b]Tailandlı voleybolçu “Azəryol”a “atdı”[/b]

Tailand millisinin voleybolçusu Onuma Sittirak karyerasını Azərbaycanda davam etdirməkdən imtina edib. Apasport.az saytının məlumatına görə, “İqtisadçı”nın sabiq hücumçusunun “Azəryol”a keçidi baş tutmayıb.

 

28 yaşlı Sittirak Bakı təmsilçisi ilə danışıqları müsbət yekunlaşdırsa da, son anda müqaviləyə imza atmayaraq, başqa klubla razılığa gəlib. Bu ona daha cəlbedici təklifin gəlməsi səbəbindən olub.

 

Belə ki, son 2 ili “universitet komandası”nda keçirən asiyalı Yaponiyanın “Marvelouz” klubunu daha üstün tutub. Yığmasının da şərəfini qoruyan təcrübəli oyunçu Asiya təmsilçisi ilə 2 illik anlaşaraq, müqavilə bağlayıb.

 

Qeyd edək ki, Onuma “İqtisadçı”nın heyətində Azərbaycan Super Liqasının gümüş və bürünc medalını qazanıb.