Bu gün qadın voleybolçular arasında CEV kubokunun 2014/15 mövsümünə start veriləcək. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində “İqtisadçı”nın fəaliyyətini dayandırmasından sonra Azərbaycanı təmsil edəcək yeganə komanda olan “Lokomotiv” ilk sınağına sabah çıxacaq.
Ardıcıl ikinci dəfə Avropa Voleybol Konfederasiyasının adını daşıyan kuboka qatılan “dəmiryolçular” mübarizəyə 1/16 finaldan başlayacaq. Ötən mövsüm ölkə çempionatında uğursuzluqdan sonra yeni ilə yeni heyətlə başlayan “Lokomotiv” bu dəfə Avropada ilk addımını Almaniyada atacaq
Komandamız ilk cəhddə “Rote Raben”i mübarizədən kənarlaşdırmağa çalışacaq. Təmsilçimiz cütün taleyinə elə Filsbiburqda baş tutacaq ilk qarşılaşmada aydınlıq gətirməyə çalışacaq. Çünki heyətində İtaliya, ABŞ, Çexiya kimi ölkələrdən ulduzlar olan “Lokomotiv” səfərdə qalib gələrsə, Bakıda doğma azarkeşlərinə zövq verəcək oyun sərgiləyə bilər.
CEV kuboku
1/16 final, ilk oyun
12 noyabr
22:00. “Rote Raben” (Almaniya) - “Lokomotiv” (Azərbaycan)
Hakimlər: İlaria Vaqni (İtaliya), Saevar Mar Qudmundsson (İslandiya)
Filsbiburq. Top Oyunları Sarayı