Bakı klubundan Rumıniyaya
07.07.2014 - 14:53
 Bakı klubundan Rumıniyaya

Serbiya millisinin voleybolçusu Suzana Sebiçin Azərbaycan karyerası başa çatıb. Apasport.az saytının məlumatına görə, son iki ildə ölkəmizdə çıxış edən idmançı karyerasını Rumıniyada davam etdirəcək.

Bakı “Lokomotiv”lə müqaviləsi başa çatan serbiyalı “Tırquvişte” klubuna keçib. Bu komandanın baş məşqçisi postuna gətirilən serb Draqan Neşiç həmyerlisini komandasında görmək istəyib.

Qeyd edək ki, 2012/13 mövsümündə “Rabitə”, 2013/14 mövsümündə “Lokomotiv”də çıxış edən Sebiç il yarım əvvəl klublararası dünya çempionatının finalçısı olub.