"Neftçi"nin baş məşqçisi çempionluqdan danışdı
13.04.2015 - 16:36
"Neftçi"nin baş məşqçisi çempionluqdan danışdı

“Neftçi” dalbadal 7-ci dəfədi Azərbaycan çempionu adını qazanır. Bu qələbə münasibətilə bütün neftçiləri, "Neftçi" İdman Klubu İctimai Birliyinin rəhbərliyini və işçilərini, bizə hər zaman dəstək olan azarkeşlərimizi təbrik edirəm. Əlbəttə ki, bu kuboku qazanmağımızda onların da payı çoxdur”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi” voleybol klubunun baş məşqçisi Elçin Orucov deyib.

 

Komandasının Azərbaycan çempionu olmasına münasibət bildirən Orucovun sözlərinə görə, komandası əsl əzmkarlıq nümayiş etdiriblər: "Binəqədi" və "Nəqliyyatçı"ya qarşı çətin oyunlarımız olsa da, bu görüşləri qalib başa vuraraq çempion olduq. "Neftçi"nin 6 üzvü milli komandanın heyətində çıxış edir. İnanıram ki, milli voleybolçularımız beynəlxalq yarışlarda da ölkəmizin idman şərəfini uca tutacaqlar".

0