Qadın voleybolçular arasında ABŞ millisinin ilkin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, DÇ-2014-ün Şimali və Mərkəzi Amerika, Karib Dənizi Hövzəsi ölkələrinin (NORCECA) seçmə mərhələsi üçün müəyyənləşən “34-lüyə” Azərbaycan Super Liqasından da oyunçular çağırılıb.
Belə ki, ABŞ-ın millimizin də yüksəldiyi final mərhələsinə vəsiqə qazanmasına “Rabitə”dən Foluke Akinradevo, Tori Dikson, Kristi Jekson və Kayla Banvart yardımçı olmağa çalışacaqlar. Matçlar mayın 15-18-də baş tutacaq.
Yeri gəlmişkən, yığmamızın yer aldığı D qrupuna da 2 komanda məhz NORCECA-dan gələcək. Burada 3-cü və 5-ci yeri tutacaq komandalar Yaponiya, Çin, Belçika və Azərbaycanla qüvvəsini sınayacaq.
Qeyd edək ki, “Rabitə”nin liderlərindən olan Akinradevo ötən mövsümü zədə səbəbindən boşa vermişdi.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO