“Azəryol” növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi əvəzediciləri hesab olunan “Azərreyl”dən ikinci voleybolçunu heyətinə qatıb.
Belə ki, yeni mövsümdən Aleksandr Çervyakovun rəhbərlik edəcəyi komanda Lora Kitipovanın ardınca Anastasiya Qurbanovanın da keçidini həll ediblər. Azərbaycan yığmasının da şərəfini qoruyan milliləşdirilmiş dioqnal oyunçu ən azı növbəti 1 ili “Azəryol”un uğurları üçün çalışacaq.
Qeyd edək ki, Super Liqanın gümüş medalçısı 25 yaşlı Qurbanovadan öncə Yovana Brakoçeviç, Yelena Nikoliç (hər ikisi Serbiya), Andressa Pikussa (Braziliya) və Lora Kitipovanı (Bolqarıstan) heyətinə qatıb, Oksana Parxomenko, Polina Rəhimova və Odina Əliyeva ilə müqavilənin müddətini artırıb.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO