AVRO-2015: Yığmamızın oyunlarının vaxtı dəqiqləşdi
31.03.2014 - 11:01
AVRO-2015: Yığmamızın oyunlarının vaxtı dəqiqləşdi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin 2015-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində oyunlarının tam təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, D qrupunda yer alan Faiq Qarayevin yetirmələri 2-ci təsnifat mərhələsində ilk qarşılaşmasına mayın 22-də çıxacaq.

 

Belə ki, voleybolçularımız Bolqarıstanda baş tutacaq I dövrədə öncə Portuqaliya, ardınca Yunanıstanla qarşılaşacaq. Son matçda rəqibimiz ev sahibləri olacaq.

 

Bakının qəbul edəcəyi II dövrədə isə komandamız Yunanıstanla birinci oynayacaq. Sonra Portuqaliyanı sınağa çəkəcək millimiz yekunda bolqarları sınağa çəkəcək.  

 

 

Bolqarıstan, Sofiya

22 may

17:30. Portuqaliya - Azərbaycan

20:00. Bolqarıstan - Yunanıstan

 

23 may

17:30. Azərbaycan - Yunanıstan

20:00. Portuqaliya - Bolqarıstan

 

24 may

17:30. Yunanıstan - Portuqaliya

20:00. Azərbaycan - Bolqarıstan

 

 

Azərbaycan, Bakı

29 may

16:00. Portuqaliya - Bolqarıstan

18:30. Azərbaycan - Yunanıstan

 

30 may

16:00. Bolqarıstan - Yunanıstan

18:30. Portuqaliya - Azərbaycan

 

31 may

16:00. Yunanıstan - Portuqaliya

18:30. Bolqarıstan - Azərbaycan

 

Qeyd edək ki, reqlamentə əsasən, seçmə mərhələlərdə 32 komanda 9 vəsiqənin taleyinə aydınlıq gətirəcək. İlk təsnifat mərhələsindən sonra 4 milli mübarizəni dayandıracaq. Ardınca II təsnifat mərhələsində qrup qalibləri birbaşa Hollandiya və Belçikanın ev sahibliyi edəcək final mərhələsinə yüksələcək. Qrupda ikinci olacaq millilər isə pley-offda münasibətlərinə aydınlıq gətirəcəklər.

 

Meydan sahibləri Belçika və Hollandiya, son Avropa çempionatının ilk “beşliyi”ndə yer alan Rusiya, Almaniya, Serbiya, Xorvatiya, həmçinin İtaliya (apennilər 6-cı olsalar da, Belçika çempionata ev sahibi kimi qatıldığından bu hüquqa yiyələnib – red.) artıq 16 komandanın mübarizə aparacağı yarışa vəsiqə qazanıb.

0