Avropa Liqasında oyunlarımız macarlara tapşırıldı
25.06.2014 - 08:26
Avropa Liqasında oyunlarımız macarlara tapşırıldı

Voleybol üzrə Avropa Liqasının növbəti 2 turunun hakimləri dəqiqləşib. Apasport.az saytının məlumatına görə, kişilərdən ibarət Azərbaycan millisinin VII və VIII tur çərçivəsində Monteneqro ilə səfər oyunlarını Layoş Moçnik (Macarıstan) və Peter Höger (Slovakiya) idarə edəcəklər. Bu görüşlər iyunun 28-29-da oynanılacaq.

Aleksandr Çervyakovun çalışdırdığı qadınlardan ibarət millimizi isə iyunun 27-də və 28-də Türkiyə ilə meydana macarıstanlı Zsolt Mezöffi ilə rusiyalı Vladimir Oleynik çıxaracaqlar.

Ədalət təmsilçiləri 1 gün sonra baş tutacaq görüşlərdə yerlərini dəyişəcəklər.

0