Azərbaycan çempionatında 82 xallıq fərq
25.02.2014 - 12:36
Kişi basketbolçular arasında Azərbaycan çempionatının II turuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, Şəkidə baş tutan oyunlarda sensasiya qeydə alınmayıb.
Son illərin dəyişməz çempionu “Qala” bu dəfə də rəqibinə gücünü göstərib. Elxan Əliyevin yetirmələri “Gəncə”yə 82 top fərqi ilə qalib gəliblər – 122:40.
Digər görüşdə tura ev sahibliyi edən Şəki basketbolçuları “Cəlilabad”ı 82:69 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Cəlilabadda baş tutan ilk turda “Qala” “Şəki”yə (98:51), “Cəlilabad” “Gəncə”yə (77:53) qalib gəlib.
0
0