Azərbaycan çempionatında ilk: Yeni mövsümə yeniliklə
22.04.2014 - 08:12
Azərbaycan çempionatında ilk: Yeni mövsümə yeniliklə

Azərbaycan Voleybol Federasiyası ilkə imza atıb. Apasport.az saytının məlumatına görə, qurum qadın voleybolçular arasında 2014/2015 mövsümündə limit tətbiqini təsdiqləyib.

Qərara əsasən yeni ildən hər komanda meydana ən azı 2 azərbaycanlı voleybolçu ilə çıxmalıdır. Həmçinin, ehtiyat oyunçular skamyasında da 1 təmsilçimiz olmalıdır.