Azərbaycan çempionatının gümüş medalçısı ilə müqavilə uzadılmadı
24.05.2014 - 16:42
“Lokomotiv”dən ayrılacaq daha bir voleybolçunun adı məlum olub. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” çexiyalı Tereza Matuşkova Rossinin ardınca Milena Radeçka ilə də müqavilənin uzadılmasına ehtiyac duymayıblar.
Artıq 30 yaşlı polşalı toppaylayıcı özünə yeni klub axtarışındadır. Onun vətənində yerli klublardan birinə keçəcəyi gözlənilir.
Qeyd edək ki, 2012/2013 mövsümündə “Azərreyl”lə (indiki “Azəryol”) Super Liqanın gümüş medalını qazanan Milena bir müddət işsiz qaldıqdan sonra - ötən mövsümün gedişində “Lokomotiv”ə gəlmişdi.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO
0
0