Serbiyalı voleybolçu Sanya Staroviç yeni mövsümdə Azərbaycan Super Liqasında oynamayacaq. Apasport.az saytının məlumatına görə, “Rabitə” müqaviləsi başa çatan 31 yaşlı hücumçu ilə vidalaşmağı qərara alıb.
2008-ci ildən Bakı klubunun şərəfini qoruyan və son mövsümdə kapitan sarğısını daşıyan Staroviç artıq özünə yeni komanda da tapıb.
“Rabitə” ilə 6 dəfə Azərbaycan, 1 dəfə dünya çempionu adını qazanan, 1 dəfə mundialın və 2 dəfə Çempionlar Liqasının gümüş medalına yiyələnən Staroviç karyerasını Türkiyədə davam etdirməyə yaxındır. Serbiyalı legionerin “Beşiktaş”la danışıqları müsbət yekunlaşdırdığı, yaxın günlərdə rəsmi müqaviləyə imza atacağı bildirilir.
Qeyd edək ki, “qara qartallar” 195 sm boya malik Staroviçdən öncə onun “Rabitə”də vaxtı ilə birgə oynadığı Pelin Çeliki heyətinə qatıb. Komandanı isə “Azərreyl” və “Şirvan”ın sabiq baş məşqçisi Adnan Kistak çalışdırır.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO