Polşanın qadın voleybolçulardan ibarət “Tauron” klubu Bakıya gəlir. Apasport.az saytının məlumatına görə, Dabrova Qornitsa təmsilçisi Azərbaycan çempionu “Rabitə”nin dəvəti ilə ölkəmizdə təlim-məşq toplanışı keçəcək.
Belə ki, Orlen Liqada fasilə yarandığından və Bakı klubu Çempionlar Liqasının “Dördlər finalı”na hazırlaşdığından komandalar yoxlama matçında da qüvvələrini sınayacaqlar. Bakıya fevralın 25-də gələcək “Tauron” martın 2-də geri qayıdacaq.
Qeyd edək ki, Polşa klubunu ötən mövsüm “Azərreyl”də (indiki “Azəryol”) Alessandro Çiappininin köməkçisi işləyən Nikola Neqro çalışdırır.