Qadın voleybolçulardan ibarət Serbiya millisinin ilkin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Zoran Terziç Qran-pri (25 iyul – 24 avqust) və dünya çempionatı (23 sentyabr – 12 oktyabr) üçün 21 oyunçuya dəvət göndərib.
Onlar arasında “Rabitə” ilə Azərbaycan çempionu olan Nataşa Krsmanoviç və “Lokomotiv”dən Suzana Sebiç yer alıb. Terziç həmçinin, “Azəryol”un yeni transferi Yovana Brakoçeviçi də “21-lik”dən kənar qoymayıb.
Qeyd edək ki, serblər hazırlığa mayın 18-də start verəcəklər. 1 həftə Belqradda məşq etdikdən sonra komandanın yekun heyətin müəyyənləşəcəyi gözlənilir.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO