Azərbaycan çempionu üçünü birdən milliləşdirdi!
12.06.2014 - 10:37
Azərbaycan çempionu üçünü birdən milliləşdirdi!

“Rabitə” Azərbaycan voleyboluna növbəti töhfəsini verib. Apasport.az saytının məlumatına görə, son illərin dəyişməz Azərbaycan çempionunun 3 oyunçusu bundan sonra yığma komandamızın şərəfini qoruyacaq.

 

Belə ki, titulları sıralayan Bakı təmsilçisi böyük perspektiv vəd edən və indidən adlarından söz etdirməyi bacaran Yelizaveta Ruban, Olena Xarçenko (hər ikisi 1995-ci il təvəllüdlüdür və Ukrayna əsillidir) və Kristina Besmanı (1996, Belarus əsilli) milliləşdirib.

 

Son illər ölkəmizdə yaşayıb və oynayan bu oyunçular artıq Avropa Voleybol Konfederasiyasından lazımı lisenziya alaraq, Faiq Qarayevin sərəncamına göndəriliblər.

 

Ölkəmizdə ailə həyatı quran bu voleybolçular həyat yoldaşlarının soyadlarına uyğun olaraq, əsas komandamızda Yelizaveta Səmədova, Olina Həsənova və Kristina Yaqubova adı altında çıxış edəcəklər. Onlardan artıq Səmədova və Həsənova Avropa Liqası üçün sifariş də ediliblər. Bu voleybolçuların Çervyakovun rəhbərliyi altında iyunun 14-də və 15-də Sloveniyaya qarşı matçlarda debüt edəcəyi də istisna deyil.  

 

Qeyd edək ki, onların yetişməsində və ustalıq səviyyələrinin artmasında "Rabitə"nin məşqçiləri Eldar Yusubov, Vasif Talıbov, Pərviz Səmədov və Ziya Rəcəbovun böyük əməyi olub. 

0