Azərbaycan çempionunun yoxlama matçlarının vaxtı bilindi
26.02.2014 - 13:54
Azərbaycan çempionunun yoxlama matçlarının vaxtı bilindi

Azərbaycan çempionu “Rabitə”nin “Tauron” klubu ilə yoxlama matçlarının vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi “Dördlər finalı”na hazırlıq məqsədi ilə paytaxtımıza dəvət etdiyi polşalılarla ilk görüşünə fevralın 28-də çıxacaq.

 

Komandalar arasında ikinci matç isə 1 gün sonra oynanılacaq. Qarşılaşmalar Çempionlar Liqasının həlledici mərhələsinin keçiriləcəyi “Kristal Hall”da olacaq.

 

Qeyd edək ki, martın 2-dək ölkəmizdə olacaq polşalılar komandamızla birgə məşqə sabahdan başlayacaqlar.