Qadın voleybolçular arasında CEV kubokunun 1/4 final mərhələsinin cavab oyunlarını idarə edəcək hakimlər bilinib. Apasport.az saytının məlumatına görə, yanvarın 22-də Yekaterinburqda keçiriləcək “Uraloçka” (Rusiya) – “Azərreyl” (Azərbaycan) matçında ədaləti türkiyəli İlhami Şenyurt və moldovalı Vyaçeslav Prozorov qoruyacaqlar.
Bir gün sonra Bakı Voleybol Mərkəzində olacaq “Lokomotiv” (Azərbaycan) – “Bank Fakro” (Polşa) görüşündə də əsas söz sahibi türkiyəlidir. Belə ki, “dəmiryolçular”ın qarşılaşmasına əsas fit sahibi kimi Onur Hosnut təyinat alıb. Ona köməkliyi isə rumıniyalı Gristina Fortu edəcək.
Qeyd edək ki, hər 2 komandamız ilk matçını uduzub.