Qadın həndbolçulardan ibarət ABU klubu avrokuboklardakı hər iki oyununu səfərdə keçirəcək. Apasport.az qitə miqyaslı turnirlərdə Azərbaycanın yeganə təmsilçisi olan komanda “Çelenc Cup”da mübarizəsinə Serbiyada start verəcək.
Bakı klubu yarışa 1/16 finalda yerli “Srvena Zvezda” ilə iki dəfə görüşəcək. Noyabrın 15-dəki görüşdə serbiyalılar, ertəsi gün baş tutac matçda ABU formal meydan sahibi olacaq. Hər iki oyun Belqradda keçiriləcək. İlk oyun Bakı vaxtı ilə 23:15-də, cavab matçı isə 20:15-də başlayacaq.
Qarşılaşmaları Bosniya və Herseqovinadan olan hakimlər Aleksandar Yoviçlə Nedim Arnautoviç idarıə edəcək. Sloveniyalı Anya Freser isə EHF nümayəndəsi olacaq.
Qeyd edək ki, ABU ötən mövsüm “Çelenc Cup”da mübarizəni 1/8 finalda digər Serbiya klubu “Millenium”a uduzmaqla dayandırmışdı.