[b]Azərbaycan klubu “Srvena Zvezda” ilə görüşəcək[/b]
22.07.2014 - 15:00
[b]Azərbaycan klubu “Srvena Zvezda” ilə görüşəcək[/b]

Avstriyanın paytaxtı Vyanada həndbol üzrə Avropa klub turnirlərinin 2014/15 mövsümünün püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı turnirlərdə Azərbaycanın yeganə təmsilçisi olan qadın həndbolçulardan ibarət ABU klubunun da rəqibi müəyyənləşib.

 

Bu dəfə də “Çelenc Cup”da çıxış edəcək Bakı klubu yarışa 1/16 finaldan başlayacaq 30 komandadan biridir. ABU bu mərhələdə Serbiyanın “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.

 

1/16 finalın ilk oyunları noyabrın 15-16-da, cavab matçları isə 22-23-də keçiriləcək. ABU il qarşılaşmanı səfərdə keçirməlidir. Yalnız bir komanda – Fransa təmsilçisi HAK birbaşa 1/8 finaldan mübarizəyə qoşulacaq.

 

Qeyd edək ki, ABU ötən mövsüm “Çelenc Cup”da mübarizəni 1/8 finalda digər Serbiya klubu “Millenium”a uduzmaqla dayandırmışdı.