Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Cənubi Koreya klubu ilə müqaviləsini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, son mövsümü “Azəryol”da çıxış edən 24 yaşlı diaqonal oyunçu “Hyundai” ilə 1 illik razılığa gəlib.
Karyerasında ilk dəfə legioner həyatı yaşayacaq təmsilçimizin özünü yaxşı tərəfdən göstərəcəyi halda, anlaşmanın müddətinin artırılacağı istisna deyil.
Qeyd edək ki, Rəhimovanın Asiya klubu ilə müqavilə bağlaması xəbərini saytımız yazmışdı. Onun çıxış edəcəyi “Hyundai”də isə 2012/2013 mövsümündə Azərbaycan yığmasının digər milliləşdirilmiş legioneri Yana Ağayeva oynayıb və bürünc medal qazanıb.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO