Azərbaycan yığması Sloveniya ilə yoxlama matçı keçirəcək
14.05.2014 - 10:24
Azərbaycan yığması Sloveniya ilə yoxlama matçı keçirəcək

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığın ilk mərhələsini bu gün başa vuracaq. Apasport.az saytının məlumatına görə, mayın 1-dən Bakıda təlim-məşq toplanışına başlayan yığmamız çalışmalarını Sloveniyada davam etdirəcək.

 

Belə ki, sabah bu ölkəyə yola düşəcək Faiq Qarayevin komandası burada yerli yığma ilə bir neçə sınaq matçında da gücünü yoxlamağı planlaşdırır. Voleybolçularımız Sloveniyada təlim-məşq toplanışını yekunlaşdırdıqdan sonra isə Bakıya deyil, birbaşa II təsnifat mərhələsinin ilk dövrəsinin keçiriləcəyi Bolqarıstana yollanacaqlar.

 

Qeyd edək ki, qrupumuzda Bolqarıstanla yanaşı, Portuqaliya və Yunanıstan milliləri yer alıblar.