Azərbaycan yığmasının oyunçuları ulduzların görüşündə
17.01.2014 - 16:12
Azərbaycan yığmasının oyunçuları ulduzların görüşündə

Türkiyənin Beko liqasında oynayan ulduz basketbollar arasında şou xarakterli görüş keçiriləcək. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular”ın ən yaxşıları “legionerlər yığması” ilə qarşılaşacaq.

Yanvarın 19-da Mersində baş tutacaq bu mübarizədə Azərbaycan yığmasının oyunçuları – Orxan Aydınla Çarlz Devis da qüvvəsini sınayacaqlar. Onlardan birincisi “Beko All-Star Türk Yıldızları”, digəri “Beko All-Star Yabançı Yıldızları” komandasında forma geyinəcək.

 

Matçın gedişində ən yaxşı “3 xallıq” və “fırlanaraq” atış edənlərin də yarışması da təşkil olunacaq. Türkiyədə adından söz etdirən Devis 5 rəqiblə birgə “fırlanaraq” ən yaxşı atış etmək adı uğrunda bacarığını da nümayiş etdirəcək.


Qeyd edək ki, şouya qatılacaq basketbolçular səsvermə nəticəsində seçilib.