Azərbaycanda gümüş qazanıb, Çinə yollandı
02.07.2014 - 11:35
Azərbaycanda gümüş qazanıb, Çinə yollandı

“Azəryol”un düşərgəsini tərk edən ilk legioner özünə klub tapıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin zədəli transfer etdiyi və sonra faydasından yararlana bilmədiyi almaniyalı hücumçusu Marqareta Kozux yeni mövsümdən Çində çıxış edəcək.

 

Belə ki, “Azəryol” xidmətində maraqlı olmadığı oyunçu ilə müqavilənin müddətini uzatmadığından Kozux “Şanxay” klubu ilə anlaşıb. Almaniya millisinin kapitanı karyerasını Braziliyada davam etdirməyə yaxın olsa da, son anda okeanın o tayına deyil, Asiyaya yollanmağı məqsədəuyğun sayıb.

 

Qeyd edək ki, Kozux komandasının heyətində Azərbaycan çempionatında gümüş mükafat qazanıb.