Azərbaycanda Polina Rəhimova, Yunanıstanda “Lokomotiv”in yeni transferi
24.05.2014 - 09:56
Azərbaycanda Polina Rəhimova, Yunanıstanda “Lokomotiv”in yeni transferi

Qadın voleybolçular arasında Avro-2015-in II təsnifat mərhələsinin II turu çərçivəsində keçirilən Azərbaycan - Yunanıstan qarşılaşmasının statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın 3:1 hesabı ilə qalib gəldiyi matçın bombaridiri adını Polina Rəhimova qazanıb.

 

Portuqaliya ilə oyunda zəif təsir bağışlayan hücumçumuz bu dəfə komandamızın aktivinə 25 xal yazmağı bacarıb. Faiq Qarayevin digər yetirmələrinə gəlincə, Natalya Məmmədova 17, Ayşən Abduləzimova 11, Kseniya Kovalenko 9, Yana Ağayeva 7, Oksana Parxomenko 3 və Natəvan Qasımova 1 xal toplayıb.

 

Rəqibin heyətində isə Evangelina Çantava məhsuldar olub. Yeni mövsümdə “Lokomotiv”in şərəfini qoruyacaq 24 yaşlı hücumçunun 15 zərbəsi komandasına xal gətirib.