Azərbaycandan A seriyasına icarəyə getdi
17.02.2014 - 13:17
Azərbaycandan A seriyasına icarəyə getdi

“Telekom” amerikalı legioneri Hayley Spelmanı icarəyə verib.  Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi ilə 3 illik müqaviləsi olan 23 yaşlı hücumçu mövsümün sonuna kimi karyerasını İtaliyada davam etdirəcək.

 

O, A seriyasında mübarizə aparan “Volley 2002 Forli”nin şərəfini qoruyacaq.

 

200 sm boya malik voleybolçunun İtaliya təmsilçisinə icarəyə verilməsində əsas məqsəd oyun təcrübəsini artırmaqdır.  

 

Qeyd edək ki, Spelman Bakı klubuna mövsümün əvvəlində transfer olunub.