Azərbaycanlı hakim Çempionlar Liqasına dəvət aldı
18.01.2014 - 11:21
Avropa Voleybol Konfederasiyası (CEV) beynəlxalq dərəcəli azərbaycanlı hakim Eldar Əliyevə növbəti dəvət göndərib. Apasport.az saytının məlumatına görə, CEV həmyerlimizi “Beloqorye” (Rusiya) – “Budvanska Rivyera” (Monteneqro) oyuna əsas referi təyin edib.
Kişi voleybolçular arasında I pley-off mərhələsinin cavab görüşdə Əliyevə yunanıstanlı Georgios Papageorgidu köməklik edəcək.
Qeyd edək ki, matç yanvarın 22-də olacaq. İlk görüşdə isə Belqorod təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.
0
0