Qadın voleybolçulardan ibarət İtaliya millisinin yekun heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Marko Bonittanın dünya çempionatı üçün müəyyənləşdirdiyi “15-lik”də 2 “azərbaycanlı”nı saxlamağa qərar verib.
Sentyabrın 23-də start götürəcək mundialda “Rabitə”nin yeni transferi, az öncə əməliyyat olunan Françeska Ferretti və 2014/2015 mövsümündə “Lokomotiv”in şərəfini qoruyacaq Valentina Arriqetti çempionluq mübarizəsində komandası ilə birgə olacaq.
İtaliya millisinin heyəti
Toppaylayıcılar: Eleonora Lo Byanko, Françeska Ferretti, Noemi Siqnorile
Blokçular: Rafaela Folye, Kristina Çirçella, Valentina Arriqetti
Hücumçular: Nadya Sentoni, Valentina Dyouf, Valentina Fiorin, Françeska Piççinini, Antonella Del Kore, Katerina Bosetti, Karolina Kostaqrande
Libero: Paola Kardullo, Monika De Gennaro
Qeyd edək ki, İtaliya ev sahibliyi edəcəyi yarışda Argentina, Dominikan Respublikası, Almaniya, Xorvatiya və Türkiyə ilə eyni qrupda yer alıb.