Çempionlar Liqasının qalibi Bakıda da coşdu - YENİLƏNİB
16.01.2014 - 19:22
Çempionlar Liqasının qalibi Bakıda da coşdu - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının 1/6 final mərhələsinin ilk matçları keçirir. Apasport.az saytının məlumatına görə, sonuncu oyun günündə Bakının “İqtisadçı” klubu Türkiyə “Vakıfbank”ını qəbul edib.

Qarşılaşmada sensasiya baş verməyib. Belə ki, Çempionlar Liqasının son qalibi “tələbələr”i məğlub etməkdə çətinlik çəkməyib. Bu matçadək ardıcıl 70 oyundan qalib ayrılan İstanbul təmsilçisi 71-ci qələbəsini Bakıda qazanıb və uğurlu seriyasını davam etdirib.

 

Bununla da yarışda debüt edən Bülənt Karslıoğlunun yetirmələri işlərini çətinə salıblar. Çünki doğma divarlar arasında özündən qat-qat güclü “Vakıfbank”dan bir set belə ala bilməyən Super Liqanın gümüş mükafatçısının yanvarın 22-də səfərdə revanş alaraq, görüşü “Qızıl set”ə daşıması inandırıcı deyil. 



Çempionlar Liqası
I pley-off mərhələsi
16 yanvar


“İqtisadçı” (Azərbaycan) - “Vakıfbank” (Türkiyə) - 0:3 (22:25; 20:25; 20:25)
Hakimlər: Aleksey Paşkeviç (Rusiya), Kristof Szmidinski (Polşa)
Bakı, Voleybol Mərkəzi

Qeyd edək ki, bu cütün potensial rəqibləri – “Kann” (Fransa) – “Qalatasaray” (Türkiyə) artıq ilk oyunlarını keçiriblər. Matç birincilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.