“Qarşılaşmadan çox razı qaldım. Çünki komanda olaraq, əla oynadıq və az səhvlərə yol verdik”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Vakıfbank” voleybol klubunun baş məşqçisi Covanni Quidetti deyib.
Təcrübəli mütəxəssis Çempionlar Liqasının pley-off mərhələsində “İqtisadçı” ilə cavab görüşün şərh edib. O bildirib ki, 3:0 hesablı qələbələrindən həzz alıb: “Yüksək konsentrasiyamız sayəsində Bakı təmsilçisi qarşısında çox üstün oyun göstərdik. Yetirmələrim “İqtisadçı” ilə görüşdə gözlədiyimiz hər şeyi sahədə göstərdi. Rəqibimizin gücü nə olursa olsun, bu səviyyəmizi qorumaq lazımdır”.
Qeyd edək ki, ilk görüşdə də “quru hesabla” qalib gələn “Vakıfbank” növbəti mərhələyə yüksəlib.