Bakı klubu istəmədi, İtaliya çempionu ilə danışıqlar aparır
05.06.2014 - 15:25
Bakı klubu istəmədi, İtaliya çempionu ilə danışıqlar aparır

İtaliya millisinin voleybolçusu Çyara di Yulio yeni mövsümdən “Azəryol”un şərəfini qorumayacaq. Apasport.az saytının məlumatına görə, Bakı klubu gözlənilən qərarı verib.

 

Belə ki, Super Liqanın gümüş mükafatçısı təcrübəli hücumçunun xidmətində maraqlı olmadığından onunla müqaviləni yeniləməyib. Artıq Yulio yeni komanda ilə danışıqlara da başlayıb. O, İtaliya çempionu “Pyaçentsa” ilə müqaviləsini razılaşdıra bilsə, yeni mövsümdən bu klubun şərəfini qoruyacaq.

 

Qeyd edək ki, Yulio “Azəryol”da özünü yaxşı tərəfdən göstərə bilmədi. 

0