Bakı klubu üçün Fabrizio Pasquali
18.01.2014 - 11:11
Bakı klubu üçün Fabrizio Pasquali

Qadın voleybolçular arasında Çempionlar Liqasının 1/6 final mərhələsinin cavab oyunlarını idarə edəcək hakimlər briqadası məlum olub. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası yanvarın 22-də İstanbulda olacaq “Vakıfbank” (Türkiyə) – “İstisadçı” (Azərbaycan) görüşünü italiyalı Fabrizio Pasqualiyə həvalə edib. Bakı vaxtı ilə saat 22:30-da başlayacaq görüşdə ikinci referi funksiyasını Sotirios Delikostidis yerinə yetirəcək.

 

Qeyd edək ki, Bakı təmsilçisi ilk matçda 0:3 hesabı ilə uduzub.