“İqtisadçı” yeni mövsümə baş məşqçi Bülənt Karslıoğlusuz başlaya bilər. Apasport.az saytının məlumatına görə, “universitet komandası”na ötən mövsüm Super Liqada bürünc medal qazandıran və Çempionlar Liqasında pley-offa yüksəldən türkiyəli mütəxəssis karyerasını başqa ölkə davam etdirməyə yaxındır.
Belə ki, Türkiyə, Polşa və Almaniya klubları gənc mütəxəssisin xidmətində maraqlıdır. Lakin Karslıoğlunun hansı qərarı verəcəyi hələ dəqiqləşməyib. Onun yenidən “İqtisadçı”da qalacağı da istisna deyil.
Qeyd edək ki, “İqtisadçı” digər klublarımızla müqayisədə hələlik heç bir rəsmi müqaviləyə imza atmayıb.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO