Bakıda Polşa və Rumıniya, səfərdə Yunanıstan və Monteneqro
22.04.2014 - 14:21
Bakıda Polşa və Rumıniya, səfərdə Yunanıstan və Monteneqro

Azərbaycanın kişi voleybolçulardan ibarət millisinin Avropa Liqasında keçirəcəyi oyunlarının başlama vaxtı və yeri açıqlanıb. Apasport.az saytının məlumatına görə, analoji yarışa tarixində ilk dəfə qatılacaq komandamız debüt matçına Bakıda çıxacaq. Voleybolçularımız iyunun 14-də və 15-də Voleybol Mərkəzində Rumıniya yığmasını sınağa çəkəcək.

 

Ardınca Yunanıstan və Monteneqroda yerli yığmaların hərəsi ilə 2 oyunda gücünü sınayacaq təmsilçimiz qrup mərhələsinə Bakıda yekun vuracaq. Həmin görüşlərdə rəqibimiz Polşa millisi olacaq.

 

Kişilər

 

A qrupu

I tur

6-8 iyun

Sərbəst

 

II tur

14 iyun

16:00. Azərbaycan – Rumıniya

 

15 iyun

16:00. Azərbaycan – Rumıniya

 

III tur

20 iyun

23:00. Yunanıstan – Azərbaycan

 

21 iyun

23:00. Yunanıstan – Azərbaycan

 

IV tur

28 iyun

23:00. Monteneqro – Azərbaycan

 

29 iyun

23:00. Monteneqro – Azərbaycan

 

V tur

4 iyul

17:00. Azərbaycan – Polşa

 

5 iyul

17:00. Azərbaycan – Polşa

 

Qeyd edək ki, yarışın “Dördlər finalı” iyulun 19-20-də olacaq.