Bakıda qovuldu, İtaliya çempionu ilə müqavilə bağladı
30.05.2014 - 09:24
Bakıda qovuldu, İtaliya çempionu ilə müqavilə bağladı

“Azərreyl”in sabiq baş məşqçisi Alessandro Çiappini 1 illik fasilədən sonra özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, Bakı klubundan qovulan italiyalı mütəxəssis bundan sonra öz vətənində çalışacaq.

 

Belə ki, bir müddət öncə danışıqları yekunlaşdıran Çiappini mayın 29-da A seriyasının son qalibi “Pyaçentsa” ilə müqaviləsini rəsmiləşdirib. O, 1 illik anlaşmaya imza atıb.

 

Qeyd edək ki, Çiappini hazırda “Azəryol” adı ilə mübarizə aparan “Azərreyl”ə heç bir titul qazandıra bilməmişdi.