Bakıdan ayrıldı, Ankarada ayağı sındı - FOTO
17.01.2014 - 11:28
“Lokomotiv”in sabiq voleybolçusu Uitni Dosti xoşagəlməz halla üzləşib. Apasport.az saytının məlumatına görə, bu həftə “dəmiryolçular”ı Türkiyənin “Halkbank” klubuna dəyişən amerikalı hücumçu ilk məşqdəcə ciddi zədə alıb.
Belə ki, Ankara təmsilçisinin hazırlığına qoşulan Dosti ayağını sındırıb. Onun bu mövsümü boşa verəcəyi gözlənilir.
Qeyd edək ki, mövsümün əvvəlində Bakı klubuna transfer olunan amerikalı legioner özünü doğrultmadığı üçün “Lokomotiv”lə müqaviləni qarşılıqlı şəkildə pozmuşdu.
0
0