Bakıya məğlub kimi gəlir
20.01.2014 - 11:41
Bakıya məğlub kimi gəlir

Qadın voleybolçular arasında Polşa çempionatında XV turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində CEV kubokunda “Lokomotiv”in rəqibi “Aluprof”un qonağı olub.

 

Gərgin keçən matç ev sahiblərinin qələbəsi ilə başa çatıb – 3:2 (19:25, 25:18, 15:25, 25:14, 15:9). Nəticədə aktivinə 1 xal əlavə edən rəqibimiz turnir cədvəlində 7-ci pillədəki yerini qoruyub.

 

CEV kubokunda “Azərreyl”in də rəqibi “Uraloçka” isə Rusiya Superliqasındakı görüşünü qələbə ilə başa vurub. İlk matçda “dəmiryolçular”a 3:1 hesabı ilə qalib gələn Nikolay Karpolun yetirmələri Moskva “Dinamo”sunu da eynihesabla məğlub edib - 3:1 (17:25, 25:19, 25:22, 25:22). Aktivinə 3 xal yazan “Uraloçka” XII turdan sonra turnir cədvəlində 15 xalla 6-cıdır.

 

Qeyd edək ki, “Uraloçka” - “Azərreyl” oyunu yanvarın 22-də, “Lokomotiv” – “Bank Fakro” görüşü isə 1 gün sonra olacaq.