Bakıya yaxınlaşdılar
22.01.2014 - 09:39
Bakıya yaxınlaşdılar

Qadın voleybolçular arasında Çempionlar Liqasının 1/6 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə mərhələ adlayan 2 komandanın adına aydınlıq gəlib.

 

Belə ki, ilk görüşdə Polşa “Atom”una 3:0 hesabı ilə qalib gələn “Əczaçıbaşı” (Türkiyə) evdə də rəqibindən üstün olub – 3:1 (16:25, 25:21, 25:21, 25:20).

 

İsveçrə “Volero”su da hər 2 qarşılaşmasını qələbə ilə başa vurub. İtaliya çempionu “Pyaçentsa”nı Sürixdə 3:1 hesabı ilə məğlub edən komanda səfərdə də rəqibinə eyni hesabla qalib gəlib – 3:1 (25:22, 18:25, 20:25, 19:25).

 

Bununla, hər 2 klub 1/3 finala vəsiqə qazanıb. Digər matçlar isə bu gün və sabah olacaq.

 

Qeyd edək ki, 1/3 final səddini aşacaq komandalar Bakıda keçiriləcək “Dördlər finalı”na vəsiqə qazanacaqlar. Həlledici mərhələyə isə “Rabitə” ev sahibliyi edir.