Bolqarıstan Azərbaycanla oyun üçün heyətini açıqladı
06.06.2014 - 08:23
Bolqarıstan Azərbaycanla oyun üçün heyətini açıqladı

Qadın voleybolçulardan ibarət Bolqarıstan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, B komandasının baş məşqçisi İvan Petkov Avropa Liqasının qrup mərhələsi çərçivəsində heç bir təcrübəli oyunçuya şans verməyəcək.

 

O, iyunun 6-da və 7-də Azərbaycanla oyunda yalnız gəncləri sınaqdan çıxaracaq. Komandada ən böyüyü 1990-cı il təvəllüdlüdür.

 

Bolqarıstan millisinin heyəti:

Viktoriya Qriqorova (1990-cı il, 189 sm), Milena Dimova (1994, 189), Nasya Dimitrova (1992, 190), Simona Dimitrova (1994, 185), Tsvetlina Nikolova (1990, 178), Miroslava Paskova (1996, 180), Petya Barakova (1994, 178), Qerqana Dimitrova (1996, 184), Qerqana Petrova (1990, 183), Silvana Çauşeva (1995, 188), Jana Todorova (1997, 165), Qabriela Tsvetlanova (1991, 185)

 

Qeyd edək ki, Bolqarıstan fərqli, Azərbaycan millisinin heyətində əsas komandamızın oyunçuları yer alacaqlar.