Bolqarıstan millisi Azərbaycanla oyun öncəsi çətin durumda
19.05.2014 - 14:05
Bolqarıstan millisi Azərbaycanla oyun öncəsi çətin durumda

Qadın voleybolçular arasında Avro-2015-in II təsnifat mərhələsində Azərbaycan millisinin rəqibi olan Bolqarıstan yığması yoxlama görüşü keçirib. Apasport.az saytının məlumatına görə, ilk dövrəyə ev sahibliyi edəcək komanda Hollandiya millisi ilə üz-üzə gəlib.

 

Qarşılaşma rəqibimiz üçün heç də uğurlu alınmayıb. İlk matçda 1:3, ardınca 2:3 hesabı ilə uduzan bolqarlar son görüşdə setə belə həsrət qalıblar – 0:3.

 

Qeyd edək ki, Bolqarıstan – Azərbaycan oyunu mayın 24-də olacaq.