Braziliya Azərbaycanın “qənimi”nə dərs keçdi
09.10.2014 - 09:07
Braziliya Azərbaycanın “qənimi”nə dərs keçdi

İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatının III qrup mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk turda 2 oyun baş tutub.

 

Belə ki, G qrupunda ev sahibləri ABŞ millisini sınağa çəkiblər. Amerikalılar fasvorit olsalar da, İtaliya doğma divarlar arasında rəqibinə 1 set belə güzəştə getməyib – 3:0 (25:23; 25:22; 25:15).

 

Qrupun növbəti oyununda ABŞ Rusiya ilə qarşılaşacaq.

 

H qrupunda isə Braziliya qələbə seriyasını davam etdirib. “Sambaçılar”ın bu dəfəki “qurbanı” Çin olub. Azərbaycan millisinə asanlıqla qalib gələn asiyalılar Braziliya qarşısında çox aciz görünüblər – 0:3 (19:25; 16:25; 15:25).

 

Növbəti matçda Dominikan Respublikası Çinlə üz-üzə gələcək.

 

Qeyd edək ki, Azərbaycan millisi mundialı 15-ci yerdə bitirib.

0