“2 illik müqavilə bağlamaq gözlədiyim təklif idi. Güclü oyunçulardan ibarət komandada çalışmaq həqiqətən xoşdur”. Apasport.az saytının məlumatına görə, bunu “Lokomotiv”in yeni baş məşqçisi Teon (Teunis) Buijs deyib.
Ötən həftə Bakı təmsilçisi ilə 2 illik rəsmi müqavilə imzalayan hollandiyalı mütəxəssis keçidinə münasibət bildirib.
Buijsin sözlərinə görə, Azərbaycanda işləməyin özü belə böyük uğurdur: “Bu ölkənin Super Liqasında cəmi 6 klub mübarizə aparır. Buna baxmayaraq, çempionatın səviyyəsi çox yüksəkdir. Bakı klubları həmişə avrokuboklarda uğurlu nəticələr qazanıblar və “Lokomotiv”ə yollanmağımda da bu əsas rol oynadı”.
54 yaşlı çalışdırıcı ölkəmizdə hazırlığa başlayacağı tarixi də açıqlayıb. Buijs bildirib ki, “Lokomotiv” yeni mövsümün hazırlığına avqustdan start verəcək: “Hədəfimiz mübariz komanda yaratmaqdır. Böyük ehtimalla “Lokomotiv”də güclü legionerlər yer alacaq. Çempionat oyunlarının hamısını eyni meydanda keçirəcəyik. Həm ölkə, həm də beynəlxalq arenada layiqli inamlı təsir bağışlamaq istəyirik”.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO