Bülənt Karslıoğlu: Təəssüf ki, 1 set də qazana bilmədik
17.01.2014 - 09:45
Bülənt Karslıoğlu: Təəssüf ki, 1 set də qazana bilmədik

“Vakıfbank”ın gücü hər kəsə bəllidir. Digər tərəfdən də biz istədiyimiz oyunu göstərə bilmədik”. Apasport.az saytının məlumatına görə, bunu “İqtisadçı” voleybol klubunun baş məşqçisi Bülənt Karslıoğlu Çempionlar Liqasının pley-off mərhələsində “Vakıfbank”la görüşdən sonra deyib.

 

Türkiyəli mütəxəssis ilk matçda həmyerlilərinə 0:3 hesablı məğlubiyyətə üzüldüyünü bildirib: “Biz heç olmasa 1 set qazanmaq istəyirdik. Təəssüf ki, bu da alınmadı”.

 

Qeyd edək ki, komandalar arasında cavab görüşü yanvarın 22-də olacaq.