Buliç bakılıların arzusunu ürəyində qoydu
21.02.2014 - 16:52
Buliç bakılıların arzusunu ürəyində qoydu

Azərbaycan Super Liqasında gözləniləndən qat-qat zəif çıxış edən “Lokomotiv” problemlərin həllini yeni oyunçuların transferində görür. Apasport.az saytının məlumatına görə, avrokubokda mübarizəni dayandıran, çempionatda işləri yaxşı getməyən “dəmiryolçular” heyətini gücləndirmək üçün Şərqi Avropa bazarında axtarışa çıxıb.

 

Bakılılar istədiyini Serbiyada tapsa da, “Partizan”ın şərəfini qoruyan Sladyana Buliçin “Lokomotiv”ə keçidi baş tutmayıb. 2002-2005-ci illərdə Serbiya və Çernoqoriya millisinin şərəfini qorumuş 31 yaşlı blokçu Kladio Kuellonun rəhbərliyi altında oynamaqdan imtina edib. O, vətənində verdiyi müsahibəsində bunun səbəbini açıqlayıb: “Lokomotiv” məni heyətinə qatmaq istəyirdi. Etiraf edim ki, bu çox sərfəli təklif idi. Lakin bu komandaya keçməkdən imtina etdim. Çünki “Partizan”a kömək edəcəyimə söz vermişəm və komandanı atıb gedə bilmərəm”.

 

Qeyd edək ki, Buliç qitədə kifayət qədər təcrübəli voleybolçu hesab olunur. “Volero” (İsveçrə), “Mursiya” (İspaniya), “Qalatasaray” (Türkiyə) kimi klublarda forma geyinən oyunçu bu klublarda adından söz etdirməyi bacarıb.