Türkiyənin “Vakıfbank” klubunun voleybolçusu Gözdə Sonsırma Çempionlar Liqasının pley-off mərhələsinin “İqtisadçı” ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, komandasının kapitanı sabah Bakı klubu ilə görüşün heç də asan keçməyəcəyini düşünür.
Onun fikrincə, ilk görüşdə 3:0 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, ikinci oyundan sonra növbəti mərhələ haqda fikirləşmək olar: “Bizi “İqtisadçı” ilə çox vacib oyun gözləyir. Biz onlara Bakıda qalib gəlmişik. Lakin mərhələ adlamaq daha bir oyunda da qələbə qazanmalıyıq. Bunun üçün bütün azarkeşlərimizi də oyuna dəvət edirəm”.
Qeyd edək ki, Çempionlar Liqasının son qalibi “Vakıfbank” 72 oyundur uduzmur.