Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Andre Meyer və vitse-prezident Yan Xronik Bakıya gəliblər. Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, səfərdə məqsəd Bakı-2015-ə hazırlıqlarla yerindəcə tanış olmaqdır.
CEV rəhbərliyi gələn il paytaxtımızda baş tutacaq ilk Avropa Oyunlarında çimərlik voleybolunda olan yeniliklərlə bağlı müzakirələr də aparıb, lazımı məsləhətlərini verəcəklər. Ölkəmizdə 4 gün olacaq qonaqların burada bir sıra rəsmi görüşlər keçirəcəyi də gözlənilir.
Qeyd edək ki, Meyerlə Xronik mayın 29-31-də Bakıda keçiriləcək qadın voleybolçular arasında Avropa çempionatının II təsnifat mərhələsinin II dövrəsinin oyunlarını da canlı izləyəcəklər. Paytaxtımızda təşkil olunan D qrupunda isə Azərbaycan millisi ilə yanaşı, Bolqarıstan, Yunanıstan və Portuqaliya yığmaları mqbarizə aparırlar.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO