Çin millisinin sabiq voleybolçusu Ma Yun Venin “İqtisadçı”dan ayrılmasının səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, 28 yaşlı blokçu Bakı klubu ilə müqaviləni anası xəstə olduğu üçün pozub.
O vətənində verdiyi açıqlamasında bildirib ki, Çinə qayıtması vacib imiş: “Ölkəmə anam xəstə olduğu üçün qayıtdım. Təkrar müayinədən sonra onun durumuna aydınlıq gəldi. Bundan sonra onun yanında olmalıyam. Bu səbəbdən qərara gəldim ki, “İqtisadçı” ilə yollarımı ayırıb, vətənə dönüm. Çünki anama qulluq etməliyəm. Bu mənim üçün daha vacibdir”.
Venin sözlərinə görə, “İqtisadçı” onun müqaviləsini pozmaq istəyinə qarşı çıxmayıb: “Klub rəhbərliyi mənim istəyimi anlayışla qarşıladı. Komanda yoldaşlarımdan ayrılmaq nə qədər çətin olsa da, anamın mənə olan ehtiyacına görə bu addımı atmalıydım”.
Qeyd edək ki, karyerası boyunca yalnız yerli “Şanxay”da oynayan Ma “İqtisadçı”ya mövsümün əvvəlində transfer olunmuşdu.